Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün ilk premyerası baş tutub. Teatrdan SİA-ya verilən məlumata görə, xalq artisti Azər Paşa Nemətin rejissor təqdimatında Əli Əmirlinin "Şah Qacar" tarixi faciəsinin tamaşası olub.
Quruluşçu rejissorun həm də quruluşçu rəssam kimi çıxış etdiyi tamaşada Şah Qacar rolunda xalq artisti Fuad Poladov oynayıb. Qalan rollarda xalq artisti Laləzar Mustafayeva, əməkdar artistlər Sabir Məmmədov, Məmməd Səfa, Vidadi Həsənov, Anar Heybətov, Kazım Abdullayev, Elşən Rüstəmov, Ayşad Məmmədov, Elnar Qarayev, Mətləb Abdullayev və başqaları çıxış ediblər.
Böyük uğurla keçən tamaşa teatrsevərlərin gurultulu alqışları ilə yekunlaşıb.
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB