Beş ölkə “Eurovision-2014”də iştirakdan imtina etdi

Beş ölkə “Eurovision-2014”də iştirakdan imtina etdi

Beş ölkə Danimarkada keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsində iştirakdan imtina edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2014-cü ilin mayında keçiriləcək müsabiqədə Slovakiya, Xorvatiya, Lüksemburq, Çexiya və Andorra qatılmayacaqlar. İmtinalarına səbəb isə sözügedən ölkələrin iqtisadi çətinlikdə olmasıdır.

Nəzərinizə çatdıraq ki, "Eurovision" mahnı müsabiqəsinin təşkilatçıları müsabiqə üçün yeni şərtlər açıqlayıblar. Qurum münsiflərə səslərin 50 faizini vermək imkanı yaratmaqla şəffaflığa nail olmaq niyyətindədir.

Qeyd edək ki, yeni qaydalara əsasən münsiflərin kimlər olacağı may ayının 1-də açıqlanacaq. Hər bir müsabiqə iştirakçısı olan ölkənin özünün münsiflər heyəti var. Tamaşaçıların səsinə münsiflərin səsi də əlavə olunacaq və beləliklə qalib müəyyən olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə