Eldar və Nigar “Türkvizion Mahnı Yarışması”nda iştirak ediblər FOTO
2013-cü ildə Türk Dünyasının Mədəniyyət paytaxtı seçilən Eskişehirdə 20 ölkənin iştirak etdiyi "Türkvizion Mahnı Yarışması"nın imza mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, müsabiqədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Rusiya, Tatarıstan, Moldova, Ukrayna, Kırım, Bosniya və Hersoqovinya, Makedoniya və Türkiyə iştirak edəcəklər. 300 milyon insan televiziya vasitəsilə "Türkvizion Mahnı Yarışması"nı izləyəcək.
Nəzərinizə çatdıraq ki, möhtəşəm yarışmanın imza mərasimində Azərbaycandan "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal da iştirak ediblər.
Qeyd edək ki, "Türkvizion Mahnı Yarışması"nın yarı finalı 19-21 dekabr tarixində keçiriləcək. Final axşamı isə dekabr ayının 23-də 12 ölkənin sənətçiləri yarışacaq.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB