Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Yunanıstan Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr üzrə katibi Panagiotis Mihalosla görüş keçirib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə Nazir Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan -Yunanıstan əlaqələrinin bütün sahələrdə olduğu kimi mədəniyyət və turizm sahələrində də səmərəli inkişaf etdiyini qeyd edib. O, eyni zamanda son illərdə ölkələrimiz arasındakı münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq qurumlar çərçivəsində uğurla irəliləməsindən məmnun qaldığını bildirib.
Nəzərinizə çatdıraq ki, Panagiotis Mihalos öz növbəsində Azərbaycan Respublikası Prezidentinin Yunanıstanla münasibətlərin inkişafına böyük diqqətini yüksək qiymətləndirdiyini vurğulamış və bu səylərin konkret layihələr üzərində artırılacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, sonda hər iki tərəf işgüzar əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB