Moskvada hər il baş tutan "GQ İlin adamı" mükafatlandırma mərasimi keçirilib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, gecədə məhşur iş adamları, sənətçilər, media nümayəndələri və başqaları iştirak ediblər.
Nəzərinizə çatdıraq ki, "Mayakovski adına Teatr"da baş tutan gecənin aparıcıları Yana Çurikova və İvan Urqant olub və "GQ" jurnalı tərəfindən "İlin adamı - 2013" seçilib. Qonaqlar mərasimə "GQ" loqosu ilə bəzədilmiş ağ BMW markalı avtomobillə gəliblər.
Danila Kozlovski "İlin aktyoru və adamı", Ben Aflek "International Man of the Year", Aleksandr Vinokul "İlin biznesmeni", "Splin" qrupu "İlin musiqiçisi", Anton Şpulin "İlin idmançısı" və başqaları müxtəlif nominasiyalarla təltif ediliblər.
Qeyd edək ki, gecəyə təşrif buyuranlar arasında azərbaycanlı biznesmen Araz Ağalarov və müğənni-bəstəkar Emin də olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB