“Beynəlxalq Musiqi Festivalı”nın açılışı oldu

“Beynəlxalq Musiqi Festivalı”nın açılışı oldu

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Beynəlxalq Musiqi Festivalı"nın açılışı olub. SİA-nın verdiyi xəbərə görə, tamaşanı izləməyə gələnlər arasında xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, media nümayəndələri və başqaları olub.

Açılışa Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ilə start verilib.

Nəzərinizə çatdıraq ki, sözügedən tamaşada Fərid Əliyev (Əsgər), Şahlar Quliyev (Süleyman), Gülüstan Əliyeva (xala), Zemfira İsmayılova (Gülçöhrə), Ələkbər Əliyev (Vəli), Telman Əliyev (Soltanbəy), Gülyaz Məmmədova (Telli) və başqaları çıxış ediblər. Onu da deyək ki, Fərid Əliyev (Əsgər) obrazı ilə ilk dəfədir ki, iştirak edib.

"Arşın mal alan" musiqili komediyasının musiqi rəhbəri və dirijor xalq artisti, professor Cavanşir Cəfərovdur.

Qeyd edək ki, "Arşın mal alan" musiqili komediyası tamaşaçılar tərəfindən böyük anşlaqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə