Qubada “Yaşıl teatr” istifadəyə verilib

Qubada “Yaşıl teatr” istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunan "Yaşıl teatr"ın açılışında iştirak edib. SİA-nın məlumatına görə, Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.

Azərbaycan Prezidenti "Yaşıl teatr"ın rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həm respublika, həm də rayon səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsi məqsədilə yaradılan teatrın tikintisinə bu ilin əvvəlində başlanılıb. Teatrın tamaşa zalı 1000 nəfərlikdir. "Yaşıl teatr"da ən son texnologiyalara əsaslanan səs və işıq sistemləri qurulub.

Azərbaycan Prezidentinə və xanımına Heydər Əliyev adına parkda inşa olunan Bayraq kompleksi barədə də məlumat verilib. Bildirilib ki, paytaxt Bakı ilə yanaşı, ölkəmizin bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Quba rayonundakı Bayraq kompleksi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Buradakı bayraq dirəyinin hündürlüyü 78 metrdir.

Qeyd olunub ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Uşaq Əyləncə Mərkəzi də inşa edilib. Ümumi sahəsi 480 kvadratmetr olan kafedə yay və qış zalları fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə