Əbülfəs Qarayev Yunanıstanın yeni səfiri ilə görüşüb

Əbülfəs Qarayev Yunanıstanın yeni səfiri ilə görüşüb

Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yunanıstanın Respublikamızda yeni təyin olunmuş səfiri Dimitrios Tsounqas ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, Ə.Qarayev Dimitrios Tsounqası ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir bildirib ki, Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı son illərdə daha da sürətlənib. Bu münasibətlərin göstəricisi olaraq iqtisadiyyat və enerji sahəsində həyata keçirilən bir sıra layihələri qeyd etməklə yanaşı, ölkələrimiz arasında gələcəkdə mədəniyyət və turizm sahəsində geniş əməkdaşlıq potensialının mövcudluğunu vurğulayıb.

Qeyd edək ki, səfir xoş qarşılanmaya görə nazirə minnətdarlığını bildirərək, Azərbaycanda təyinatı dövrünün mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin daha da dərinləşməsində yeni mərhələ olacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, görüşün sonunda ölkələrimiz arasında ikitərəfli əlaqələrin mədəniyyət, turizm və digər sahələrdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə