20 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı olacaq

20 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı olacaq

2013-cü il 19 sentyabr tarixində Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli Uşaq Musiqi Məktəbi binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimləri keçiriləcək. SİA-nın verdiyi məlumata görə, açılışda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir.

Nəzərinizə çatdıraq ki, məktəbdə fortepiano, violin, fleyta, klarnet, tar, kamança, saz, qarmon, nağara, xanəndə ixtisasları üzrə 380 şagird təhsil alır və 79 müəllim çalışır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar.

Qeyd edək ki, Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli Uşaq Musiqi Məktəbi 1967-ci ildən fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə