YUNESKO beynəlxalq konfrans keçirdi FOTO

YUNESKO beynəlxalq konfrans keçirdi FOTO

Yujno-Saxalinskdə "İnformasiya cəmiyyətində İnternet və sosiomədəni transformasiyalar" mövzusunda YUNESKO-nun Beynəlxalq konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, Konfransın işində Rusiya Federasiyasının mətbuat və kütləvi kommunikasiyalar Federal agentliyinin rəhbəri Mixail Seslavinski, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Bolin, Saxalin vilayətinin qubernatoru Aleksandr Xoroşavin, "İnformasiya hamı üçün" YUNESKO proqramının Hökümətlərarası şurasının sədri Yevgeni Kuzmin, "İrs" fənninin müəllifi, Bakı şəhər Təhsil İdarəsinin multimedia kabinetinin müdiri Solmaz Amanova və başqaları iştirak ediblər.

Konfrans dünyada bu mövzuda olan ilk forumdur və bütün qitələri əhatə edən 49 ölkədən 120 nümayəndəni birləşdirib. İştirakçılar arasında aparıcı beynəlxalq, dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri, nümayəndələri və ekspertləri, mədəniyyət, təhsil, elm, kommunikasiya və informasiya, təşkilat və hakimiyyət orqanlarının nümayəndələri, kulturoloqlar, antropoloqlar, politoloqlar və s. mütəxəssislər yer alıblar.

Konfransın əsas məqsədi geniş yayılmış internet və digər informasiya- kommunikasiya texnologiyalarının sosiomədəni məkana təsirini müzakirə obyektinə çevirmək olub.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyininin təşəbbüsü ilə konfransda uşaq yazıçısı, "İrs" fənninin müəllifi, Bakı şəhər Təhsil İdarəsinin multimedia kabinetinin müdiri Solmaz Amanova kitabxanaçılar üçün Saxalin Uşaq Kitabxanasında "Azərbaycanda media və kütləvi media" mövzusunda seminar keçirib. O, kitabxanaya müəllifi olduğu bir sıra maraqlı kitablar və 32 multiplikasiya filmini hədiyyə edib.

Qeyd edək ki, S.Amanova Moskvadakı Seçenov adına Birinci Tibb Universitetinin Mərkəzi Elmi Tibb Kitabxanasına "Anatomik teatr" və "Monastr əzcaxanası" kitablarını hədiyyə edib. Bundan başqa, Türkiyənin kitabxanaçılarına "Əlifba" kitabları və 56 multiplikasiya filminin elektron versiyasını təqdim edib. Konfransda S.Amanova tədris prosesində internetdən istifadə olunduğuna görə, əsas səhifələrdə müəmmalı zastafkaların götürülməsinin daha nəzakətli olması barədə təklif irəli sürmüş, uşaqlara vətənə sevgini, ekologiyanın qorunmasını, böyüklərə hörmət, qarşılıqlı hörmət aşılayan oyunların hazırlanmasının təcavüzkar oyunlardan daha vacib olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə