“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2 milyon manat ayrılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində muzey ekspozisiyalarının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, İçərişəhər ərazisində muzey ekspozisiyalarının yenidən qurulması üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2 (iki) milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə