III Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının açılışı olacaq

III Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının açılışı olacaq

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirləri keçiriləcək. Kitabxanadan SİA-ya verilən məlumata görə, sentyabrın 22-dən 25-dək davam edəcək yubiley tədbirləri çərçivəsində Bakıda Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının 27-ci illik görüşü və Avrasiya Kitabxanalar Assambleyası əməkdaşlıq təşkilatının XV iclası da keçiriləcək.

Tədbirlərdə dünyanın 40-dan artıq milli kitabxanasının direktorlarının, ümumilikdə 65 qonağın iştirakı gözlənilir.

Qonaqlar, həmçinin sentyabrın 23-də III Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının açılış mərasimində iştirak edəcəklər. Sərgi-yarmarkaya 15-dən artıq dövlətin milli kitabxanası qatılacaq. Sonda kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə olunacaq.

Sentyabrın 25-də Azərbaycan Milli Kitabxanası ilə Rusiya Federasiyasının B.N.Yeltsin adına Prezident Kitabxanası arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandumun, eləcə də Azərbaycan və Serbiya milli kitabxanaları arasında əməkdaşlıq barədə Memorandumun rəsmi imzalanma mərasimləri və Azərbaycan Milli Kitabxanasının nadir kitablar və kitabxananın muzeyi şöbəsinin rəsmi açılışı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə