Paytaxtımız növbəti əcnəbi qrupu qarşılayacaq. SİA-nın verdiyi xəbərə görə, "Serebro" qrupu konsert proqramı ilə çıxış edəcək. Sözügedən qrupa Yelena Temnikova, Olqa Seryabkina və Anastasiya Karpova daxildir. Konsert zamanı qızlar öz sevilən mahnılarını ifa edəcəklər.
Qeyd edək ki, konsert oktyabrın 20-si saat 21:00-da "Jumeirah Bilgah Beach Hotel-in Bilgah Ball Room" zalında keçiriləcək. Bilətlərin qiyməti isə 40, 80,120 və 200 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB