Beynəlxalq Kulinariya Çempionatlarında komandamız vətənə medalla qayıtdı

Beynəlxalq Kulinariya Çempionatlarında komandamız vətənə medalla qayıtdı

Komandamız Yekaterinburq şəhərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında iştirak ediblər. SİA-nın verdiyi xəbərə görə, yarışmada Azərbaycan, Qazaxıstan, Səudiyyə Ərəbistanı və Rusiyadan 200 nəfərin iştirak etdiyi yarışmada Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov, Azərbaycandan AMKM-in baş texnoloqu Gülnar Ələsgərovanın rəhbərliyi altında 3 aşbaz (Anar Qasımov, Alışov ƏliƏşrəf, Ağayev Rəşad), 1 konditer (Hüseynova Aysel) Azərbaycan komandası iştirak ediblər.

Aşbazlar 4 fərdi yarışda iştirak ediblər. Fərdi yarışda Qasımov Anar 1 qızıl medal, Alışov Əliəşrəf 1 bürünc medal, qənnadçı Aysel Hüseynova isə 1 diplom və 1 bürünc medal qazanıblar.

Komandamız daha sonra Yekaterinburq Ekspo Mərkəzində keçirilən sərgidə iştirak ediblər. Sərgidə Azərbaycan stendini Azərbaycanın diasporası təşkil edib. Tədbirdə Azərbaycan, Ukrayna, Gürcü, Erməni, Qazaxıstan, Özbək, Belarus, Tatar, Başqırd, Mordva xalqlarının stendləri qurulub.

Sözügedən tədbirlərlə bağlı Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov mətbuat konfransı keçirib. Konfransı giriş sözü ilə açan Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov iştirak etdikləri yarışmada qazandığı uğurlardan bəhs edib. Tahir müəllim peşə məktəbində məcburi təhsil alan gənclərimizin gələcəkdə ölkəmizə uğur gətirməyəcəyini bildirib.

Azərbaycanlı kulinarlar Rumuniyanı Kluj Napoka şəhərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında da iştirak edib. Türkiyədən 10 nəfər, digər ölkələrdən isə daha çox iştirakçı olub. Azərbaycan komandası 7 sinifdə iştirak edib. İlk dəfə çempionata qatılan gənc iştirakçı Sərxan Hacılı 3 sinifdə 1 qızıl, 2 gümüş, Laçın Əkbərov isə 4 sinifdə 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb. Beləliklə komandamız Rumıniyadakı Çempionatda 7 sinifdə 7 nəticə göstərib.

Nəzərinizə çatdıraq ki, çempionatlarda Tahir Əmiraslanov münsif qismində iştirak edib.

Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Mərkəzi Yekaterinburqdakı Azərbaycan diasporası təşkilatı (sədr Şahin Şıxlınski), "Azersun Holding" şirkəti, komandamıza rahat nəqliyyat təşkil etdiyi üçün "Utair" şirkəti və Mədəniyyət və Turizm Nazirliyi komandalarımıza böyük dəstək göstərib.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə