“Buqələmun” adlı tammetrajlı bədii filmi “Kinoşok” festivalında

“Buqələmun” adlı tammetrajlı bədii filmi “Kinoşok” festivalında

Azərbaycanlı gənc rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəl birgə kinofestivalda iştirak edəcəklər. SİA-nın verdiyi xəbərə görə, 74 dəqiqəlik filmdə Günel Mövlud, Mübariz Xəlilov, Nəriman Məlikov, Fərid Bəhramov və Emin Seyfulla rol alıblar. Onu da deyək ki, rejissorlar "Buqələmun" adlı tammetrajlı bədii filmini "Kinoşok" XXII açıq kino festivalında təqdim olunacaq.

Nəzərinizə çatdıraq ki, MDB ölkələrinin, Litva, Estoniya və Latviyanın açıq kino festivalı Rusiyanın Anapa şəhərində sentyabr ayının 15-dən 22-ə qədər davam edəcək.

Qeyd edək ki, sosial-psixoloji zəmində çəkilən "Buqələmun" filmində doğma rayonuna qayıdıb, ata evini satmaq istəyən bir gəncdən bəhs olunur.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə