“Mahmud və Məryəm” filmi Azərbaycanda nümayiş olunacaq

“Mahmud və Məryəm” filmi Azərbaycanda nümayiş olunacaq

Azərbaycan və Türkiyənin birgə layihəsi olan "Mahmud və Məryəm" filmi Azərbaycanda nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, xalq yazıçısı Elçin Əfəndiyevin "Mahmud və Məryəm" romanı əsasında çəkilmiş filmin təqdimat mərasimi keçiriləcək. İki gəncin uğursuz sevgisindən bəhs edən filmin rejissoru Mehmet Ada Öztekin, "Mahmud" obrazını Aras Bulut İynemli, "Məryəm" rolunu isə Eva Dedova canlandıracaq.

Nəzərinizə çatdıraq ki, Şəki şəhərində start verilən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyor və aktrisalar rol alıblar.

Qeyd edək ki, "Mahmud və Məryəm" filmi Azərbacanda 26 sentyabr "Nizami" Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə