Azərbaycanın tanınmış teatr və kino aktyoru, "Şərəf" ordenli, Azərbaycan Respublikasının xalq artisti Səyavuş Aslanın bu gün doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, xalq artisti 1935-ci il sentyabr ayının 5-də Bakıda anadan olub.
Nəzərinizə çatdıraq ki, Səyavuş Aslan aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. 1994-1996-cı illərdə həmin teatrın bədii rəhbəri və bir çox obrazların mahir ifaçısı olub.
Aktyor "Kəndimizin mahnısı", "Özümüz bilərik", "Ulduz", "Hicran", "Əlli yaşında cavan", "Lənət sənə kor şeytan" və başqa film və tamaşalarda öz əvəzolunmaz rolları ilə tamaşaçıların rəğbətini qazanıb.
Qeyd edək ki, xalq artisti Səyavuş Aslan 27 iyun 2013-cü ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.













.jpg)
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB