Azərbaycanlı gənc rəssamın istedadı

Azərbaycanlı gənc rəssamın istedadı

Xəlilova Aytac Qibləli qızı 1993-cü il iyunun 27-də Bakı şəhərində anadan olub. SİA-nın məlumatına görə, İncəsənət Gimnaziyasının yetirməsi olan Aytac 2011-ci ildən sonra Dərbənd şəhər mədəniyyət və incəsənət universitetinin tələbəsidir.

Uşaqlıqdan rəsmlə maraqlanan Aytac daha çox portret janrına üstünlük verir. Musiqidən ilham alaraq şəkil çəkir, qəhrəmanlarını daha çox yerli və xarici məşhurlar təşkil edir.

Aytacın maraq dairəsi yalnız rəsmlə məhdudlaşmır, o, heykəltəraşlıq, dizayn və vizajla da yaxından maraqlanır, maraqlanmaqla kifayətlənmir bu sahələrdə də bacarığını nümayiş etdirir.

İstedadlı gənc rəssamın əl işlərinin bir neçəsini sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə