“Motivlər” çəkiliş meydanında

“Motivlər” çəkiliş meydanında

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Motivlər..." adlı kinoalmanaxın çəkilişləri başlanıb. SİA-nın məlumatına görə, "Motivlər..." kinoalmanaxı Azərbaycan Prodüsserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsində "Adari Films" tərəfindən qalib layihə kimi təsdiqlənib.

Kinoalmanaxda xaricdə kino təhsili almış altı azərbaycanlı gəncin çəkəcəyi altı qısametrajlı film yer alacaq. Layihə çərçivəsində ilk olaraq rejissor Rüfət Həsənovun "Bazar günü" qısametrajlı filminin çəkilişlərinə start verilib. Rüfət Həsənov Bates College (ABŞ), Kino və Teatr Rejissorluğu məzunu, beş filmin müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə