Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında yeni "Polkovnikin xəzinəsi" adlı filmin çəkilişlərinə başlanılacaq. SİA-nın məlumatına görə, komediya janrında çəkiləcək filmin əsas kulminasiya hissəsi keçmiş polkovnikin pullarını yaşadığı qocalar evində itirməsindən sonra başlayır. Bundan sonra öz dostlarından şübhələnən polkovnikin başına gələn hadisələr gülüş obyektinə çevrilir.
Filmin çəkilişlərinə avqustun ortalarında başlanılacaq və çox hissəsi Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda aparılacaqdır. Filmin 7 ay ərzində tamamilə hazır olması planlaşdırılır.
"Polkovnikin xəzinəsi" filminin ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Ələkbərov, baş prodüseri Müşviq Hətəmov, icraçı prodüseri Ülvi Qasımov, quruluşçu rejissoru Fikrət Ələkbərov, quruluşçu operatoru Əməkdar İncəsənət Xadimi Kənan Məmmədov, rəssamı isə İbrahim Xəlildir.
Filmdə rolları xalq artistləri Fuad Poladov, Tariyel Qasımov, Arif Quliyev, Zemfira Nərimanbəyova, aktyorlar Tofiq Hüseynov, Qorxmaz Əlili, Bəhram Bağırzadə və başqaları oynayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB