Mahsunun "Möcüzə"si

Türkiyənin məşhur müğənnisi və kinorejissor Mahsun Kırmızıgül yenidən kamera arxasına keçmək qərarına gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, rejissor olaraq imza atdığı "Beyaz melek", "Güneşi gördüm" və "New Yorkda Beş Minare" filmləri ilə 10 milyona yaxın insan tərəfindən izlənən Mahsun, 3 illlik fasilədən sonra yenidən kamera arxasına keçməyi planlaşdırır.

"Möcüzə" adlanan yeni filmi üçün aktyor seçiminə başlayan Kırmızıgül açıqlamasında deyib ki, ekran əsəri real həyat hekayəsini özündə ehtiva edir.

O həmçinin qeyd edib ki, yeni filmin çəkilişlərinə sentyabr ayında başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə