“Mahmud və Məryəm” Bakıya gəlir

“Mahmud və Məryəm” Bakıya gəlir

Sentyabr ayında Nizami Kino Mərkəzində Xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında çəkilən eyniadlı filmin təqdimatı gözlənilir. SİA-nın məlumatına görə, bu barədə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov açıqlama verib. Onun sözlərinə görə, "Azərbaycanfilm"in 90 illiyi ilə əlaqədar bir sıra layihələrə start veriləcək ki, bunlardan biri də "Mahmud və Məryəm" filminin Bakıda geniş təqdimatıdır. Mərasimə Türkiyədən aktyorlar, rejissorlar dəvət olunacaq. Nizami Kino Mərkəzində təqdimat keçiriləndən sonra filmin nümayişləri davam edəcək.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsi olan "Mahmud və Məryəm" filmi ötən il lentə alınıb. Ekran əsərinin rejissoru Mehmet Ada Öztəkin, prodüseri Sevda Kayğısızdır. Filmdə iki ölkənin tanınmış aktyorları rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə