Azərbaycanın mədəniyyət aləmində daha bir itki olub. SİA xəbər verir ki, mahir muğam ifaçısı, xalq artisti Tələt Qasımov ötən gecə 80 yaşında vəfat edib. Yaxınlarının sözlərinə görə, xalq artisti uzun müddət xəstə olub, bu barədə yalnız muğam ifaçısının yaxınları məlumatlı olub. Ötən gecə isə Tələt Qasımov ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Tələt Qasımov 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olub. Əvvəlcə dini musiqiyə meyl edib, daha sonra mərsiyəxan olub. Sonradan isə xanəndəlik sənəti ilə məşğul olmağa başlayıb. O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edib. Onun ifasında "Rast", "Şur", "Seygah-Zabul" muğam-dəstgahları , "Şüştər" təsnifləri AzTR Fondunda saxlanılır. Tələt Qasımov həmçinin Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi də fəaliyyət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB