Şəfiqə Axundova ilə vida mərasimi Mahnı Teatrında olacaq

Şəfiqə Axundova ilə vida mərasimi Mahnı Teatrında olacaq

Xalq artisti Şəfiqə Axundova ilə vida mərasimi bu gün 13:00-dan 15:00- a qədər Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Bəstəkarın bacısı Rəfiqə Axundovanın SİA-verdiyi məlumata görə, xalq artisti Fəxri Xiyabanda dəfn olunacaq.

Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə