Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova dünyasını dəyişib. Bu barədə SİA-ya açıqlamasında bəstəkarın bacısı Rəfiqə Axundova məlumat verib. Onun sözlərinə görə, bəstəkar bu gün müalicə aldığı xəstəxanada saat 12.30 radələrində vəfat edib: "Mərhumun meyiti hazırda müalicə aldığı xəstəxanadadır".
Qeyd edək ki, bəstəkar səhhətində yaranmış problemlərdən dolayı bir neçə gün əvvəl 1 saylı Mərkəzi Klinik Şəhər Xəstənasına yerləşdirilmişdi. 89 yaşlı mərhum bəstəkar ürək xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB