“AtaBank” ASC və “AtaSığorta” ASC Milli Mətbuat günü ərəfəsində jurnalistlərlə görüşüb

“AtaBank” ASC və “AtaSığorta” ASC Milli Mətbuat günü ərəfəsində jurnalistlərlə görüşüb

19 iyul 2013-cü il tarixində "AtaBank" ASC və "AtaSığorta" ASC Milli Mətbuat günü ərəfəsində jurnalistlərlə görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "AtaBank" ASC İdarə Heyyətinin üzvü – İcraçı direktor Elnur Osmanov, "AtaSığorta" ASC İdarə Heyyəti sədrinin müavini Orxan Məmmədov, "AtaHolding" ASC-nin Kommunikasiya şöbəsinin rəhbəri Dilarə Zamanova, Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları və başqaları iştirak ediblər.

"AtaBank" ASC-nin İdarə Heyyətinin üzvü – İcraçı direktor Elnur Osmanov mətbuat nümayəndələrini təbrik edib: "Ölkə iqtisadiyyatının sürətlə inkişaf edən bu dövründə müştərilərin ehtiyaclarını və təlabatlarını ödəmək üçün banklar öz məhsul və xidmət portfellərini daim yeniləyirlər, zamanın nəbzini tutmağa çalışırlar. Buna görə də, media bu yeniliklərlə bağlı geniş ictimaiyyəti maarifləndirməkdə böyük rol oynayır. "AtaBank" ASC gələcəkdə də belə dəyirmi masalar ətrafında media nümayəndələri ilə görüşləri davam edəcək, müştərilərin maliyyə savadlığının artırılması, onlara innovativ və müasir məhsullar barədə dolğun məlumat çatdırılması istiqamətində əməkdaşlığı daha da genişləndirəcək".

"AtaSığorta" ASC İdarə Heyyəti sədrinin müavini Orxan Məmmədov da həmçinin, KİV nümayəndələrinə sığorta bazarını fəal işıqlandırdıqlarına görə təşəkkürünü bildirərək mətbuatın dəstəyini xüsusi ilə vurğulayıb: "Mətbuatın dəstəyini olmadan vətəndaşların sığorta sektorunun yeni istiqamətləri ilə tanışlığı, həmçinin, əməkdaşlıq və təcrübə mübadiləsi mümkün deyil. Müştərilərə daha səmərəli və keyfiyyətli sığorta xidmətləri göstərmək üzrə qarşıya qoyulmuş məqsədlərə nail olmaqda "AtaSığorta" üçün onun sığorta fəaliyyətinin nəşrlərin səhifələrində və jurnal materiallarında öz əksini tapması çox mühimdir".

Həmçinin "AtaHolding" ASC-nin Kommunikasiya şöbəsinin rəhbəri Dilarə Zamanova da çıxış edərək cəmiyyətdə mətbuatın əvəzolunmaz rolunu, KİV-lə biznes strukturlarının əməkdaşlığının qarşılıqlı faydalarını söyləyib.

Qeyd edək ki, tədbirin sonunda jurnalistlər lotoreya oyununda iştirak edərək "AtaSığorta" ASC, "AtaBank" ASC-nin "AtaTexnologiya" MMC-dən hədiyyələr və "Excelsior Hotel Baku" otelindən "Aura" sağlamlıq mərkəzinə sertifikatlar qazanıblar.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə