“Arşın mal alan” Los-Ancelesdə FOTO

“Arşın mal alan” Los-Ancelesdə FOTO

Sentyabrın 7-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Üzeyir Hacıbəylininin "Arşın mal alan" operettası nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, tamaşa operettanın 100 illik yubileyinə həsr olunub.

Əsər məşhur Los-Ancelesin Dorothy Chandler Pavilion Opera Teatrında səhnəyə qoyulacaq. Tamaşamın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnakdır. O, 2006-cı ildə "Arşın mal alan"ı Vyanada uğurla səhnələşdirib.

Bütün rolların ifaçıları amerikalı opera müğənniləridir. Operettanın mahnıları Azərbaycan dilində ifa ediləcək, dialoqlar isə ingilis dilində aparılacaq. Musiqini Los-Ancelesdə fəaliyyət göstərən tanınmış orkestr ifa edəcək. "Arşın mal alan" ingilisdilli məkanda, xüsusilə də ABŞ-da belə miqyasda və formada ilk dəfə səhnələşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə