Ölkənin ən böyük kinoteatrı Pakr Cinema və məşhur avtomobil markası Chevrolet arasında birgə əməkdaşlıq məhz cizgi filminin xüsusi nümayişindən başlayıb. SİA-nın məlumatına görə, premyerası iyul ayına təsadüf edən "Turbo" 3D animasiya filminin xüsusi baxışı bir gün əvvəl, yəni bu gün Park Cinema və Chevrolet-in Azərbaycanda rəsmi dileri olan Performance Center şirkətinin dəstəyi ilə Metro Park Ticarət Mərkəzində baş tutub. Baxış kinoteatrın ən böyük zalında keçirilib və tamaşaçılar 3D formatından bir daha zövq ala biliblər.
"DreamWorks" və "20th Century Fox" studiyalarının təqdim etdiyi cizgi filminin qəhrəmanı Turbo adlı sürət sevən ilbizi, sürdüyü sakit və astagəl həyat qane etmir: onun ən böyük arzusu sürətli olmaqdır. Başına gələn bir hadisədən sonra Turbonun xəyalları həqiqətə çevrilir və o, yarış maşınları qədər sürətli olur.
Mərasimdə tanınmış blogerlər, jurnalistlər, həmçinin dəvət olunan qonaqlar iştirak edib. Filmin əsas tamaşaçıları isə azyaşlı qonaqlar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB