Bakıdakı Yaşıl Teatrda müğənni-bəstəkar Eminin ənənəvi illik konserti keçirilib. SİA-nın məlumatına görə, müğənninin teatrın səhnəsində ilk ifa etdiyi mahnı "Never enough" olub. Bir-birindən gözəl mahnılar səsləndirən müğənnini gecədə rəqs qrupu müşayiət edib. Sənətçinin pianoda ifası qonaqlar tərəfindən bəyənilərək qarşılanıb.
Üçüncü ifasından sonra çıxış edən Emin bildirib ki, onun yeni mahnılarını ilk eşidənlər məhz bakılı tamaşaçılar olacaq: "Bakıda növbəti dəfə konsert vermək sevindiricidir. Bura mənim üçün çox doğmadır. Nə qədər xarici ölkələrdə konsert versəm də, Bakı kimi doğma olanı yoxdur. Ümid edirəm ki, bu il bakılılarda xoş təəssürat oyada biləcəyəm".
Konsertdə həmçinin müğənninin yeni hitləri də səsləndirilib. Belə ki, müğənni bakılı tamaşaçılarına may ayında təqdimatı keçirilən yeni albomdan "Amor" adlı ilk sinqlını təqdim edib. Konsert proqramının davamında Emin səhnəyə motosikletlə çıxıb və ifasını səsləndirib.
Emin bir neçə ifasından sonra "Eurovision- 2013"də Azərbaycanı "Hold me" mahnı ilə təmsil edən Fərid Məmmədovu səhnəyə dəvət edib. Təmsilçimiz Yaşıl Teatrda Eminlə bir səhnəni bölüşdüyünə görə müğənniyə öz təşəkkürünü bildirib. Daha sonra müsabiqədəki mahnısı ifa edib. Bununla yanaşı, F. Məmmədov yeni mahnısını il dəfə teatrın səhnəsində səsləndirib. "K tebe" adlanan yeni mahnı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bütün konsertlərində olduğu kimi müğənni bu dəfə də Müslüm Maqomayevin bəstəsini ifa etməyi unutmayıb. Müğənni dahi bəstəkarın "More more" mahnısını pianoda ifa edib. Eminin bu çıxışı tamaşaçılar tərəfindən ayaqüstü alqışlarla qarşılanıb. Müğənninin daha bir jesti isə M. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın yubileyi münasibəti ilə onu təbrik edərək, gül dəstəsi bağışlaması olub.
Proqramın maraqlı anlarından biri də tamaşaçıların havaya qırmızı şar uçurması idi. Gec saatlara qədər davam edən konsertdə Emin onu dinləməyə gələn hər kəsə minnətdarlığını bildirib.
Konsert başlamammışdan əvvəl jurnalistlərə açıqlama verən müğənninin atası Araz Ağalarov deyib ki, Emin hər dəfə yeni proqramlar, konsert və mahnılarla onu sevənlərin qarşısına çıxır: "Emin bütün şəxsi həyatını sənətə qurban verir. Bu da məni çox təəccübləndirir. Buna baxmayaraq, o, öz təşəbübsü, zəhmətkeşliyinə görə böyük nailiyyətlər əldə edir. Bugün o 2 saatlıq canlı ifa nümayiş etdirəcək və bud a çətin prosesdir. Eminə uğurlar arzulayıram və inanıram ki, onun hazırladığı performans hər kəsin xoşuna gələcək".
Qeyd edək ki, konserti dinləməyə gələnlər arasında Eminin atası, iş adamı Araz Ağalarov və Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da olub.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB