Ermənilər növbəti dəfə özlərinin mənfur üzlərini göstərmiş oldular. Onların bu dəfə mənimsəmək istədikləri nemət isə Azərbaycan mətbəxinə aid, ən dadlı təamlardan biri olan dolmadır. Ermənilər dolmanın kökünün türk xalqına mənsub olduğunun "səhv" olmasını sübut etmək üçün dolma festivalı təşkil ediblər. Qondarma milli yemək festivalı "Erməni kulinariyası adətlərinin inkişafı və qorunması" təşkilatı tərəfindən keçirilib. Başqalarının dəyərlərinə sahib çıxmağa alışmış ermənilərin bu festivalı keçirməkdə məqsədləri isə dolmanı erməni yeməyi kimi təbliğ etmək və tanıtmaqdır. Əslində, ermənilərin bu cür addımı heç də təəccüblü deyil. Çünki ermənilər tarixə daima başqalarının zəhmətinə, göz nuru ilə ərsəyə gəlmiş əsərlərə göz dikib -tamah salan mənfurlar kimi iz salıblar. Elə "dolma" da bir sənət əsəridir. Ermənilər tərəfindən atılan bu iyrənc addım milli mətbəximizə hücum olmaqla yanaşı, onların öz kimliklərini, haqq oğrusu olduqlarını bir daha sübut etmiş oldu.
SİA məsələ ilə bağlı Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanovla əlaqə saxladı. Mərkəzin baş direktoru bizimlə söhbətdə bunun ermənilərin ilk oğurluğu olmadığını bildirdi: "Dolma ilə yanaşı, bozbaş və digər 200-dən çox milli yeməklərimiz də ermənilər tərəfindən mənimsənib. Bu kimi məsələlərlə bağlı dəfələrlə cavabımızı vermişik. Hətta bəzi məqamlarda ermənilər Avropa Şurasının nəşr etdirdiyi kitab səviyyəsində bizdən üzr də istəyiblər".
Dolma sözünün erməni lüğətində olmadığını deyən T. Əmiraslanov bildirib ki, onlar bu sözün mənasını belə bilmir: "Dolma bişirmək üçün mütləq şəkildə həmin ölkədə heyvandarlıq inkişaf etməlidir. Bizim ölkə isə heyvan ətindən ən çox istifadə edən ölkədir. Ermənilərin özləri də bunu etiraf edir. Ətdən başqa həmin ərazidə düyü də yetişməlidir. Heyvanların əti o qədər bol olmalıdır ki, dolmanın içi üçün kifayət qədər qiymə çıxsın. Dolma "doldurmaq" və "dolamaq" sözündən yaranıb. Türklərdə isə bu "sarma" adlanır. Tarixi mənbələrdə ilk dəfə dolmanın adı çəkilərkən, orada türk və ya erməni mənbələrinə rast gəlinməyib. Ümumiyyətlə, mətbəxlə bağlı erməni mənbələri yoxdur. Mətbəxin yaranması və yadda saxlanılması üçün saray olmalıdır ki, aşbazlıq sənəti qələmə alınsın. Çünki o zamanlar həmin əsərlər saraylarda qələmə alınırdı. Ermənilərdə isə bu olmayıb".
Mərkəzin sədri onu da qeyd edib ki, milli mətbəxi olmayan millət formalaşa bilməz: "Millətin məhvi, elə onun mətbəxinin dağılmasından başlayır. Ermənilərdə milli musiqi və mətbəx anlayışını formalaşdırmaq lazımdır. Artıq bu proses başlayıb".
"Bu gün hay-küylə təbliğat aparmaq mümkün deyil. Düzgün və lazım olan təbliğatı aparmaq üçün kifayət qədər maliyyə vəsaiti lazımdır",- deyən Əmiraslanov vurğulayıb ki, Rusiyadan alınan məlumatlara görə, keçən il erməni kulinariya təşkilatlarına 820 min avro pul ayrılıb: "Əlbəttə, bu qədər vəsaitlə ən uzun dolmanı hazırlamaq mümkündür. Kitabların çapı və digər təbliğat işlərinin aparılması üçün Maliyyə Nazirliyindən bizə ayrılan məbləğin artırılmasını istəyirik".
Maliyyə vəsaiti lazım olan məbləğdə ayrıldığı təqdirdə, nəinki Ermənistanı, hətta Fransanı üstələyəcəklərini əminlikdə deyən direktorun sözlərinə görə, o, bunun üsullarını artıq bilir: "Bir çox ekspert komissiyalarının üzvüyük və onlar lazım olan məqamlarda bizi eşidirlər. Təbliğat işini görən insanlar yetərli qədər mütəxəssis olmalıdır".
Qeyd edək ki, dolmanın hansı xalqın mətbəxinə aid olması barədə mübahisələr Qafqazda və bir zamanlar Osmanlı imperiyasının müstəmləkəsi olmuş ölkələrdə tez-tez səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB