“Azərbaycan-Türkiyə mənəvi birliyinin simvolu-aşıq-ozan sənəti”

“Azərbaycan-Türkiyə mənəvi birliyinin simvolu-aşıq-ozan sənəti”

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aşıq Şəmşir" Mədəniyət Ocağı İctimai Birliyi tərəfindən "Azərbaycan-Türkiyə mənəvi birliyinin simvolu-aşıq-ozan sənəti" adlı layihə -konfransı həyata keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə xalq şairləri Zəlimxan Yaqub və Babək Qurtbanov, şair İlyas Tapdıq, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisinin rəhbəri Sərraf Hüseynov, saz ifaçısı Ədalət Dəliqanlı, media nümayəndələri və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisinin rəhbəri Sərraf Hüseynov öz fikirlərini dilə gətirib: "Bu gün dünyada qloballaşma, sərhədsizləşmə prosesi ilə paralel addımlayan, onlara nisbətən daha görünməz olan bir proses də var. Möhtəşəm tarixi keçmişə malik olan Azərbaycan və Türkiyə türklərini bu mənada açıq müstəvidə dövlətçilik ənənənələri, tarixi bağlılıq, iqtisadi, siyasi məram birliyi bağlamaqla, bu dövlətləri "Bir millət, iki dövlət" kimi bir-birinə yaxın və doğma edib. Azərbaycan və Türkiyə türklərini bu gün bir-birinə daha da yaxınlaşdıran, onları bütün mənalarda vahid bir millətə çevirən amil məhz tarixi keçmişin, xalqın tarixi maraqlarının, istək və arzularının bir olması və bir-birinə hədsiz yaxın olan dildə ifadə edilməsidir. Bu yaxınlığın, bu doğmalığın ruhi yaxınlığını elmi əsaslarda təhlil etmək araşdırmaçıların əsas məsuliyyətidir".

Konfransda söz alan xalq şairi Zəlimxan Yaqub Türkiyədə fəaliyyət göstərən şairlərdən söz açıb: "Zamanında Türkiyəni Azərbaycandan ayrılıblar. Ancaq bu günə şükürlər olsun ki, hər şey yaxşıdır. Onu da xüsusi ilə nəzərinizə çatdırım ki, hazırda qardaş ölkədə fəaliyyət göstərən şairlərimiz vardır. Aşıq-ozan sənəti hər yerdə davam edir. Bir sözlə bu sənət ölməzdir."

Tədbir haqqında çıxış edən şair İlyas Tapdıq bir çox kitablarının Türkiyədə işıq üzü gördüyünü diqqətə çatdırıb: " Bəzi kitablarım qardaş ölkədə ərsəyə gəlib. Bu naliyyətlərimə görə çox sevinirəm. Onu da deyim ki, dünya gözəldir. Bu gözəllik də Türkiyədə və Azərbaycanda var".

Qeyd edək ki, konfransın sonunda AzərbaycanTürkiyə türklərinin saz havaları səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə