İyulun 12-də Bakıda, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Tailand Təcrübəsi 2013" adlı mədəni tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Tailand Krallığının təklifi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçiriləcək tədbir Tailandın tarixi-mədəni irsinin Azərbaycan ictimaiyyətinə çatdırılması, Azərbaycan və Tailand xalqları arasında ikitərəfli dostluq əlaqələrinin və mədəni əməkdaşlığın əsasının qoyulması və möhkəmləndirilməsi məqsədi daşıyır.
Tədbirdə Tailandda ənənəvi olan meyvə oyma, çətir rəngləmə, maska düzəltmə, Tai yeməklərinin bişirilməsi, Tai massajı və rəqs nümunələri nümayiş olunacaq. Tədbir çərçivəsində Bakıya Tailand Krallığından 30-a yaxın mədəniyyət nümayəndələrindən ibarət nümayəndə heyətinin səfər etməsi planlaşdırılır. Nümayəndə heyətinə Tailand Krallığının Türkiyə və Azərbaycandakı səfiri Rathakit Manathat rəhbərlik edəcək.
Nümayəndə heyətinin Azərbaycanın mədəniyyət nümayəndələri ilə görüşləri və gələcək əməkdaşlıq barədə müzakirələrin aparılması da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB