İyulun 11-də Bakıdakı Yaşıl Teatrda müğənni-bəstəkar Eminin ənənəvi illik konserti keçiriləcək. SİA-nın xəbərinə görə, Emin bildirib ki, onun yeni mahnılarını ilk eşidənlər məhz bakılı tamaşaçılar olacaq: "Ümid edirəm ki, bu il bakılılarda xoş təəssürat oyada biləcəyəm".
Qeyd edək ki, yeni albomdan "Amor" adlı ilk sinqlın və eyniadlı klipin təqdimatı mayın 29-da Moskvada "Rose Bar"ın açılışında olub. Çəkilişlər Los-Ancelesdə 2012-ci ilin dünya gözəli Oliviya Kulponun (Miss Universe 2012 Olivia Culpo) iştirakı ilə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB