"Eurovision-2014" mahnı müsabiqəsinin finalının dəqiq tarixi məlum olub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, final mayın 10-da keçiriləcək. Lakin müsabiqənin keçiriləcəyi şəhər və yer hələ yayın sonunda məlum olacaq.
Müsabiqənin icraçı prodüseri Pernelli Qaardbo bütün müsabiqə iştirakçıları üçün uyğun tarix tapmağa çalışdıqlarını deyib. "Eurovision-2014" müsabiqəsinin yarımfinalları mayın 6 və 8-də keçiriləcək. Yarışın Xerninq, Xorsens və ya Kopenhagendə keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB