“Eurovision-2013” Malmöyə 1,1 milyard dollar qazandırıb

“Eurovision-2013” Malmöyə 1,1 milyard dollar qazandırıb

"Eurovision-2013" mahnı müsabiqəsi Malmö şəhərinə 1,1 milyard İsveç kronu (132 milyon avro) məbləğində reklam gəliri gətirib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə İsveçin turizm təşkilatları hesabat yayıb.

İsveçin turizm təşkilatları Avropanın sevimli televiziya şousuna ev sahibliyi edilməsindən əldə olunan birbaşa əlavə gəlirin məbləğinin 185 milyon İsveç kronu (22 milyon avro) olduğunu hesablayıb.

Müsabiqənin davam etdiyi günlərdə Malmö şəhərinə 48100 turist, həmçinin 1700 jurnalist gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə