Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Axınla üzü aşağı" bədii filminin çəkilişləri davam edir. SİA-nın məlumatına görə, iyunun 16-da başlanan filmin çəkilişləri Mingəçevirdə "Kür" Olimpiya Mərkəzində, Mingəçevir su anbarında, Su Elektrik Stansiyasında və şəhərin digər yerlərində aparılır.
Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov və icraçı prodüsseri Nadir Əliyevdir.
Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB