Macarıstanın paytaxtı Budapeştdə gənc rəssam Çingiz Mehbalıyevin "Həyatınızı rəngləyərək" adlı fərdi rəsm sərgisi keçiriləcək. SİA-nın xəbərinə görə, Budapeştin ən möhtəşəm saraylarından "YBL" sarayında təşkil ediləcək sərginin açılış mərasimi iyulun 9-da olacaq.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstan Milli Assambleyasının (parlamentinin) və Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Tamaş Hegedüş sərgidə çıxış edəcəklər.
Beşgünlük sərgidə rəssamın 30-dək rəngkarlıq və qrafika işləri nümayiş olunacaq.
Ç. Mehbalıyev 1986-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. Daha əvvəl realizm üslubunda rəsmlər çəkən gənc rəssamın yaradıcılığında sonradan sürrealizmin üstünlük təşkil etdiyini görmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB