Bakıda səfərdə olan Türkiyənin məşhur sənətçisi Ajda Pekkan millət vəkili Qənirə Paşayeva ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə millət vəkili Qənirə Paşayeva Azərbaycan, ölkəmizin tarixi, bu günü, mədəniyyəti və xüsusilə Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, işğal etdikləri torpaqlarda törətdikləri vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməməsi barədə məlumatlar verib.
Azərbaycanda təsəvvür etdiyindən çox sevilməsinin şahidi olmaqdan son dərəcə məmnun olduğunu ifadə edən Türkiyənin məşhur sənətçisi Ajda Pekkan Bakıya səfərdən və bu görüşdən çox məmnun olduğunu bildirib. Azərbaycana 9 il bundan əvvəl səfər etdiyini xatırladan Ajda Pekkan Bakının çox dəyişdiyini, hədsiz gözəlləşdiyini və Bakıya heyran qaldığını söyləyib.
Qeyd edək ki, görüşün sonunda millət vəkili Qənirə Paşayeva Türkiyənin məşhur sənətçisi Ajda Pekkana Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materiallar, özünün müəllif olduğu kitabları və musiqi albomlarını hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB