Elman Rəfiyev: "Teatra gələnlər ada görə gəlir” AÇIQLAMA

Elman Rəfiyev: "Teatra gələnlər ada görə gəlir” AÇIQLAMA

"Hələlik, teatra aktyor qismində gələn yoxdur, istəyənlər də ada görə gəlir". Bunu SİA-ya açıqlamasında Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev teatrlara yeni aktyorların cəlb olunub-olunmaması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ada görə gələnlər də sonradan qorxub qaçırlar: "Bizim sahə zəhmət, əziyyət tələb edir. Teatrda aktyor heyətimiz 13 nəfərdən ibarətdir. Baxmayaraq ki bir çoxları həmin rəqəmi nəhs adlandırır, ancaq bu say mənim üçü çox düşərlidir, çünki axırıncı özüməm".

Direktor həmçinin teatr aktyorlarının seriallarda çəkilməsinin onların işinə mane ola biləcəyi məsələsinə də aydınlıq gətirib. O, aktyorların seriallara çəkilməsinin tərəfdarıdır: "Televiziya seriallarına çəkilmək aktyorun yeni iş yeridir. Təbii ki, bir şərtlə! Serialın rejissoru başa düşməlidir ki, aktyor teatrda çalışır. Buna görə də, çəkilişlər aktyorun iş cədvəlinə uyğun tərtib olunmalıdır. Misal olaraq, mənim rol aldığım "Aramızda qalsın" serialında çəkiliş saatı aktyorların iş qrafikinə görə qurulmuşdu".

E. Rəfiyev həmçinin teatrın yenilikləri haqqında danışıb. O bildirib ki, bu ay üçün yeni tamaşanın təhvil verilməsi nəzərdə tutulur: "Hazırda həmin tamaşa üzərində qızğın məşqlər gedir. Tamaşanı bu aya kimi çatdıra bilməsək, onda həmin əsəri sentyabrda səhnəyə qoymağı düşünürük".

Bütün xəbərlər Facebook səhifəmizdə