Azərbaycanlı rəssamın Budapeştdə sərgisi keçiriləcək

Azərbaycanlı rəssamın Budapeştdə sərgisi keçiriləcək

Gənc rəssam Çingiz Mehbalıyevin Macarıstanın paytaxtı Budapeşt şəhərində "Həyatınızı rəngləyərək" adlı fərdi rəsm sərgisi keçiriləcək. SİA-nın məlumatıan görə, Budapeştin ən möhtəşəm saraylarından olan YBL Sarayında təşkil olunan sərginin açılış mərasimi 9 iyul tutacaq.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Macarıstan Milli Assambleyasının (Parlamentinin) və Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Tamaş Hegedüş sərgidə açılış nitqi söyləyəcəklər.

Qeyd edək ki, 5 gün davam edəcək sərgidə rəssamın 30-a qədər rəngkarlıq və qrafika işləri nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə