Gələn il Danimarkada keçiriləcək "Eurovision- 2014" mahnı müsabiqəsində San Marinonu yenidən Valentina Monetta təmsil edəcək. SİA-nın müsabiqənin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, o, artıq 3-cü dəfə bu yarışmada ölkəsini təmsil etmək hüququ qazanıb.
Adıçəkilən ölkənin yayımçı kanalı SMTV ifaçı ilə artıq saziş imzalayıb.
Məlumat üçün bildirək ki, ifaçı bu il İsveçin Malmö şəhərində keçirilən yarışmada iştirak edib, lakin finala vəsiqə qazana bilməmişdi. Bununla yanaşı, o, 2012-ci ildə Bakıda keçirilən müsabiqəyə də qatılmışdı. Elə o zaman da müğənni finala keçə bilməmişdi.
Qeyd edək ki, gələn ilki müsabiqənin mayın 13-ü və 15-də yarımfinalları, 17-də isə əsas finalın keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB