Azərbaycan Dövlət Pantomima Teatrında toy ab-havası yaşanır. Bu barədə SİA-ya açıqlamasında teatrın direktoru, əməkdar artist Elman Rəfiyev deyib.
Onun sözlərinə görə, iyulun 3-də teatrın aktyoru Rafiz Mehdizadə həmkarı ilə ailə həyatı qurur: "Teatrın kollektivində olan Rafiz və Ləman subaylığa əlvida deyir. Uzun müddətdir, nişanlı olan cütlük nəhayət ailə həyatı qurur. Bundan sonra onlar teatra subay deyil, evli cütlük kimi gələcəklər".
Qeyd edək ki, Ləman Hüseynli də adıçəkilən teatrın aktrisasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB