Bəstəkar Hacı Xanməmmədovun 95 illik yubileyi keçiriləcək FOTO
İyulun 9-da Beynalxalq Muğam Mərkəzində görkəmli bəstəkar Hacı Xanməmmədovun 95 illik yubileyi keçiriləcək. Bu barədə SİA-ya AzTV-nin Musiqi Kollektivlərinin bədii rəhbəri Ramil Qasımov məlumat verib.
O bildirib ki, gecədə AzTV-nin solistləri İlahə Əfədiyeva, Bəyimxanım Vəliyeva, Səbinə Ərəbli, Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Zabitə Alıyeva, Günay İmamverdiyeva, həmçinin estrada simfonik orkestrinin caz-vibrafon ifaçısı Allahyar Vəzirov vibrafonda ilk dəfə Hacı Xanməmmədovun əsərini ifa edəcək: "Bildiyiniz kimi, AzTV-nin Musiqi Kollektivləri Beynəlxalq Muğam Mərkəzi ilə birgə layihələr həyata keçirir. Həmin gün görkəmli bəstəkar Hacı Xanməmmədovun 95 illik yubileyi ilə əlaqədar maraqlı konsert proqramı keçiriləcək. Bundan başqa, fortepianoda Leyla Nəzərovanın müşayiəti ilə mən, bəstəkarın "Bir dəqiqə" operattasından bir neçə ariya ifa edəcəyəm".
R.Qasımov qeyd edib ki, gecədə həmçinin "Sevil" vokal instrumental ansamblı, xalq artistləri- tarzən Ramiz Quliyev, Canəli Əkbərov da öz musiqi töhvələrini tamaşaçılara təqdim edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB