Eşqanə Babayeva Nəcib Fazil Qısakürəyin yaradıcılıq yoluna həsr etdiyi kitabının tədimat mərasimi keçirdib

Eşqanə Babayeva Nəcib Fazil Qısakürəyin yaradıcılıq yoluna həsr etdiyi kitabının tədimat mərasimi keçirdib

Bu gün gənc yazar Eşqanə Babayevanın Nəcib Fazil Qısakürəyin yaradıcılıq yoluna həsr etdiyi kitabının tədimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibləri Rəşad Məcid və Arif Əmrahoğlu, Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Seyit Ahmet, xalq yazıçısı Anar, Filologiya elmləri doktoru, professor Əsgər Rəsulov, media nümayəndələri və başqaları iştirak edib.

Təqdimatı giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu kitab haqqında öz fikirlərini söyləyərək, yazıçı Eşqanə Babayevanın bacarıqlı qız olduğunu diqqətə çatdırıb.

Çıxış etmək üçün söz alan səbəbkar Eşqanə Babayeva iş həyatında yüksəlməsinə kömək edən müəllimlərinə və valideynlərinə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə