Aktyorla vida mərasimi Akademik Milli Dram Teatrında olacaq

Aktyorla vida mərasimi Akademik Milli Dram Teatrında olacaq

Azərbaycanın xalq artisti, gülüş ustası Siyavuş Aslanla vida mərasimi bu gün uzun illər çalışdığı Akademik Milli Dram Teatrında təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, aktyorla vida mərasimi saat 13.00-dan 15.00-a qədər baş tutacaq.

Qeyd edək ki, xalq artistinin bu gün səhərə yaxın vəziyyəti pisləşib. Təcili yardım çağırılsa da, aktyoru xilas etmək mümkün olmayıb. O, bu gün gecə saat 4.00 radələrində dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə