Bu gün səhər saat 03:58 radələrində Azərbaycanın xalq artisti Səyavuş Aslan dünyasını dəyişib. SİA-nın verdiyi xəbərə görə, gecə saatlarında 77 yaşlı xalq artistinin vəziyyəti pisləşib. Bu barədə çağırış olub. Həkimlər gələnə kimi o dünyasını dəyişib. Xalq artisti bu gün dəfn olunacaq.
Aslanov Siyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazlar yaradıb. 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur.
Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
Siyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB