Azərbaycan teatrının 140 illik yubileyi təntənəli şəkildə qeyd olundu
Bu gün Heydər Əliyev sarayında Azərbaycan teatrının 140 illik yubileyinə həsr edilən təntənəli mərasim keçirilib. SİA-nın məlumatına görə, Sarayın foyesində teatrın müxtəlif illərində səhnəyə qoyulan tamaşalarda geyinilən geyimlər və tamaşalardan şəkillər nümayiş olunub.
Yubiley mərasimində çıxış edən xalq yazıçısı Elçin Əfəndiyev Azərbaycan teatrının tarixi inkişaf yolundan söz açıb. O bildirib ki, tədbir Prezident "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" imzaladığı Sərəncama əsasən, Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyinə həsr olunan Tədbirlər Planı çərçivəsində keçirilir. Ölkəmizdə daim teatra, mədəniyyət və incəsənət xadimlərinə yüksək qayğı və diqqət göstərilir. Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, martın 10–u Azərbaycanda "Milli Teatr Günü" kimi qeyd olunur".
Xalq yazıçısı onu da qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi ölkənin bir sıra nazirlikləri, elmi mərkəzləri, əlaqədar qurumlar və digər yaradıcı ittifaqlar ilə birgə cari ilin martından bu günədək milli teatrımızın yubileyi münasibətilə tədbirlər həyata keçirib.
Daha sonra bütün teatrların repertuarında yer alan tamaşalardan səhnəciklər nümayiş olunub.
Qeyd edək ki, yubiley tədbirində Azərbaycan teatrının direktor və əməkdaşları, eləcə də siyasi xadimlər iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB