Ədalət Vəliyev: "2 cildlik teatr antologiyası nəşrə hazırlanır" AÇIQLAMA

Ədalət Vəliyev: "2 cildlik teatr antologiyası nəşrə hazırlanır" AÇIQLAMA

"1873-ci ilin martın 10-u peşəkar teatrın yaranma günü kimi qeyd olunur. Bu tarixdən artıq 140 il ötür. Prezident İlham Əliyevin martda imzaladığı sərəncamla bağlı 2 mühüm qərar qəbul olunub. Bundan sonra martın 10-u teatr xadimlərinin peşə bayramı kimi qeyd olunacaq. Digər qərar isə teatrın 140 illiyinin dövlət səviyyəsində qeyd olunması idi". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan teatrının 140 illiyi ilə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, sərəncama uyğun olaraq Azərbaycan teatrının keçdiyi inkişaf yoluna nəzər salan 17-ə yaxın monoqrafiya, bədii və publisistik əsərlərin çapı nəzərdə tutulur: "Artıq 10-a yaxın monoqrafiya çap olunub. Azərbaycan teatr tarixində ilk dəfə qələmə alınan 2 cildlik teatr antologiyası da nəşrə hazırlanır. Teatrşünas- alim İlham Rəhimlinin uzun illərdir nəşrə hazırladığı "Azərbaycan teatr ensiklopediyası" da mədəniyyət tarixində ilk dəfə çap olunan sanballı əsərdir. Bu ilin noyabr- dekabr aylarında bu əsər teatrsevərlərin ixtiyarına veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə