Azərbaycan teatrının ensiklopediyası hazırlanır

Azərbaycan teatrının ensiklopediyası hazırlanır

"Bu ilin sonu və gələn il üçün müxtəlif mövzularda yazan müəlliflərin imzası ilə Azərbaycan teatrının müxtəlif dövrlərini özündə əks etdirən 20-ə yaxın monoqrafiya və kitab çap olunacaq". SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.

Nazir müavini onu da qeyd edib ki, bu ilin oktyabr ayında Azərbaycan teatrının ensiklopediyası işıq üzü görəcək: "Ensiklopediya 3-4 cilddən ibarət olacaq. Onu da qeyd edim ki, bu ensiklopediya Azərbaycanda bir ilkdir. Burada Azərbaycan teatrının bütün tarixi öz əksini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə