Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının II toplantısı keçiriləcək
İyunun 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının ikinci toplantısı keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, toplantıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Saxa Yakutiya, Tatarıstan, Tıva teatrlarının direktorları, bədii rəhbərləri və baş rejissorları iştirak edəcək.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Teatr Rəhbərlərinin Şurası 2011-ci ilin may ayında yaradılıb. Şuranın Sədri Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov seçilib. Qurumun budəfəki toplantısında qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunacaq. Toplantıdan sonra media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB